ASGA sədri ATƏT-in İllik Toplantısında ölkəmizi təmsil edəcək – VARŞAVADA

Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri Səbuhi Abbasov 20-27 sentyabr tarixlərində QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Polşanın paytaxtı Varşava şəhərində ATƏT-in İllik Toplantısında ölkəmizi təmsil edəcək.

Bu barədə məlumat verən ASGA sədri Səbuhi Abbasovun sözlərinə görə, səfərin məqsədi ATƏT-in Demokratik İnstitutlar və İnsan Haqları Ofisinin təşkil etdiyi İnsani Dəyərlərin Tətbiqi üzrə İllik Toplantısında iştirak etməkdir. S.Abbasov qeyd edib ki, bu toplantıda ATƏT üzvü olan 57 ölkənin nümayəndələri – səfirlər, diplomatlar, parlamentarilər, beynəlxalq təşkilatların rəhbərləri, habelə hüquq müdafiəçiləri və ictimai-siyasi fəallar iştirak edirlər:

“İllik Toplantıda seçki hüququ və demokratik seçkilər, insan hüquqları, media azadlığı, irqçilik, ksenofobiya və ayrıseçkiliyə qarşı mübarizə, işgəncələrin qarşısının alınması, ərazi bütövlüyü, dini inanc azadlığı və radikalizmə qarşı mübarizə, ifadə azadlığı, qaçqın və məcburi köçkünlər, separatizm və terrorçuluğa qarşı mübarizə kimi mühüm mövzular müzakirə olunur: “Təşkil olunan müzakirələrdə Azərbaycanda Milli azlıqlara mənsub şəxslərin hüquqları müdafiəsi, insan hüquq və azadlıqları sahəsində həyata keçirilən mühüm islahatlar, ölkəmizə qarşı Ermənistan tərəfindən həyata keçirilən işğalçılıq siyasəti və bir sıra digər mövzularda çıxışlar edərək Avropa ictimaiyyətinə geniş məlumatlar verəcəyəm. Bundan başqa biz hazırladığımız çap materialları vasitəsi ilə ölkəmizin haqq səsini Avropa ictimaiyyətinə çatdırmağı hədəfləmişik”

Digər

Müzakirə et