“Azərbaycan-Slavyan Gənclərinin I Forumu”nun iştiakçıları “Gənclər paytaxtı” Şamaxıda – FOTOLAR

23 fevral 2019-cu il tarixində Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının (ASGA) Gənclər Fondunun dəstəyi ilə reallaşdırdığı “Azərbaycan-Slavyan Gənclərinin I Forumu”nun bəzi iştirakçıları Azərbaycanın “Gənclər paytaxtı” Şamaxı şəhərində olublar.

Şamaxı Rayon icra Hakimiyyətində başlanan görüşdə İcra başçısı Tahir Məmmədov, Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasında Gənclər Parlamentinin sədri Mariya Voropayeva, Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının (ASGA) sədri Səbuhi Abbasov, ASGA şöbə müdiri Gülnar Qadirzadə, ASGA marketinq müdiri Emin Əlibəyli iştirak edib.

Şamaxı Rayon icra Hakimiyyətinin başçısı Tahir Məmmədov qonaqları qəbul edərək Şamaxıda aparılan uğurlu işlərdən və qarşıda duran planlardan danışıb: “Cənab prezident İlham Əliyevin tapşırıq və tövsiyyələrinə müvafiq olaraq biz Şamaxıda ciddi, innovativ layihələr həyata keçirəcəyik. Rayonumuzun “Gənclər paytaxtı” seçilməsi məsuliyyətimizi ikiqat artırmış oldu. Biz rayonda həyata keçirilən bütün layihələrdə İKT imkanlarından maksimum istifadə etməyi hədəfləmişik. Bizim Slavyan ölkələri ilə, xüsusən də, Rusiya ilə ciddi dostluq və qardaşlıq əlaqələrimiz var. Hesab edirəm bu Forum bizim əlaqələrimizin inkişafında xüsusi rol oynayacaqdır”.

Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri Səbuhi Abbasov isə rəhbərlik etdiyi təşkilat və Gənclər Fondunun dəstəyi ilə reallaşan Forumla bağlı icra başçısına geniş məlumat verib.

Sonra Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasında Gənclər Parlamentinin sədri Mariya Voropayeva çıxış edərək rəhbərlik etdiyi qurum haqqında geniş məlumat verdi və bütün istiqamətdə əmakdaşlığa hazır olduğunu dedi.

Sonra Forum iştirakçıları Şamaxı Astrofizika Rəsədxanasında oldular. Rəsədxana bələdçisi bu məkanın strateji əhəmiyyəti, tarixi və hədəfləri barədə qonaqlara məlumat verib. Daha sonra Forum iştiakçıları şamaxıda II Dünya Müharibəsində həlak olanların xatirəsinə Şamaxıda ucaldılmış abidəni ziyarət ediblər.

7NEWS.az









Digər

Müzakirə et