“Azərbaycan-Slavyan Gənclərinin I Forumu”nun iştirakçıları Heydər Əliyev Mərkəzində oldular – FOTOLAR

23 fevral 2019-cu il tarixində Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının (ASGA) Gənclər Fondunun dəstəyi ilə reallaşdırdığı “Azərbaycan-Slavyan Gənclərinin I Forumu”nun iştirakçıları şəhərimizin dünya şöhrətli memarlıq incisi olan Heydər Əliyev Mərkəzində oldular.

Bu barədə saytımıza ASGA mətbuat xidmətindən məlumat verilib. Məlumatda deyilir ki, Mərkəzin peşəkar bələdçiləri müxtəlif dillərdə Forum iştiakçılarına memarlıq incisinin tarixi barədə geniş məlumat veriblər. Daha sonra bələdçilər Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti haqqında geniş danışıblar.

Ekskursiyanın ən maraqlı tərəflərindən biri də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ Münaqişənin tarixi, bugünkü fəsadlı, eyni zamanda Xocalı Soyqırımı və “Justice For Khojaly” haqqında Mərkəzin bələdçisi tərəfindən Forum iştirakçılarının məlumatlandırılması oldu.

Məlumat üçün qeyd edək ki, Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri Səbuhi Abbasov Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya müraciət edərək Forum iştiakçılarının Heydər Əliyev Mərkəzi ilə yaxından tanış olmaq arzusunda olduğunu bildirmişdir. Cəmi bir neçə saat sonra Leyla Əliyevanın rəsmi təmsilçiləri zəng edərək Heydər Əliyev Mərkəzinin bütün qapılarının Forum iştirakçılarının üzünə açıq olduğunu bildirdilər. “Azərbaycan-Slavyan Gənclərinin I Forumu”nun iştirakçıları və təşkilatçıları adından Leyla Əliyevaya təşəkkür məktubu ünvanlanıb.

7NEWS.az



































Digər

Müzakirə et