Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası Gənclər təşkilatlarının V Respublika sərgisində uğurla iştirak edib – FOTOLAR

Bakı Kristal Zalın Media Mərkəzində Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə 100-dən çox gənclər təşkilatlarının V Respublika sərgisi keçirilib. Tədbirə gənclər və idman naziri Azad Rəhimov, Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, baş nazirin müavini Əli Əhmədov, gənclər təşkilatlarının sədrləri, gənc fəallar qatılıblar.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev jurnalistlərə açıqlamasında bildirib ki, sərgidə iştirakçıların özlərini təqdim etmək, nailiyyət və imkanlarını göstərmək, təcrübə mübadiləsi aparmaq və ictimai əlaqələri genişləndirmək üçün gözəl imkan yaradılıb: “Ziyarətçilər müasir gənclərin həyatında yer alan yeni layihə və istiqamətlər haqqında məlumat toplaya biləcəklər”. İ.Babayev deyib ki, sərgidə 11 gənclər evi, 85 gənclər təşkilatı təmsil olunur.
Qeyd edək ki, sərgi çərçivəsində müxtəlif mövzular üzrə gənclər üçün təlimlər və maarifləndirici tədbirlər də keçiriləcək. Gənclər təşkilatları ilə yanaşı, gənclər evləri də sərgidə iştirak edir. Hər zaman olduğu kimi Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası (ASGA) da sərgidə uğurla iştirak edib. ASGA sərgidə bu günə qədər gördüyü işlər və gələcək layihələrlə bağlı geniş təqdimat edib. Sərgidən bəzi fotoları təqdim edirik:

You may also like...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir