Azərbaycan-Slavyan Gənclər Assosiasiyası “Rusiya-Azərbaycan Gənclər Forumu”nda təmsil olunub – FOTOLAR

Cari ilin sentyabrın 22-25-də Rusiyanın Kazan şəhərində “Yeni nəsil: Sərhədsiz məsuliyyət” IV Rusiya-Azərbaycan Gənclər Forumu keçirilib.

Azərbaycan-Slavyan Gənclər Assosiasiyasını sözügedən forumda təşkilatınidarə heyətinin üzvü Rəşid Mustafazadə təmsil edib.

IV Azərbaycan-Rusiya Gənclər Forumunun açılış mərasimində Azərbaycan Respublikasının Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, Rusiya Federasiyasının Təhsil və Elm Nazirliyinin gənclər sahəsində Dövlət Departamentinin direktoru Sarqilana Brizqalov və digər qonaqlar iştirak edib.

Forumun keçirilməsinin əsas məqsədi Rusiya və Azərbaycan gənclər və tələbələr təşkilatları nümayəndələrinin əməkdaşlığının inkişaf etdirilməsi, ikitərəfli layihə və proqramların formalaşması, eləcə də xalqlar arasında dostluq və həmrəyliyin möhkəmləndirilməsi üçün şəraitin yaradılmasıdır. IV Rusiya-Azərbaycan Gənclər Forumu “Gələcəyi quraraq, keçmişi qoruyaq”, “Dünya Gənclərin əlində” və “Gənclər iqtisadiyyat üçün, iqtisadiyyat gənclər üçün” kimi bölmələrdə fəaliyyət göstərib.

 

“Dünya gənclərin əlində” mövzusu üzrə çıxış edən ASGA təmsilçisi Rəşid Mustafazadə təşkilatın yaranması, əsas fəaliyyət prinsipləri barədə məlumat verib və hər iki ölkə üçün ortaq dəyər sayılan multikulturalizm sahəsində əməkdaşlığın davam etdirilməsinin vacib olduğunu vurğulayıb. O, Rusiya və Azərbaycan, daha sonra isə MDB ölkələrinin gəncləri ilə birgə aktual problemlərə həsr olunmuş telekörpülərin mütəmadi olaraq təşkil edilməsi, media sahəsində əlaqələrin möhkəmləndirilməsi, qarşılıqlı təcrübə mübadiləsinin aparılmasını təklif edib. Onun fikrincə, Rusiya və Azərbaycan gəncləri arasında mövcud olan əməkdaşlıq telləri ümumillikdə iki ölkə arasındakı əlaqələrin miqyasına çatmalıdır. Forum gedişatında ASGA ilə bir çox yerli təşkilatlar arasında yaxın gələcəkdə ortaq layihələrin keçirilməsinə dair razılıqlar əldə olunub. Qeyd edək ki, forum 2011-ci və 2012-ci illərdə Azərbaycan tərəfinin təşəbbüsü ilə Bakı şəhərində, daha sonra isə 2013-cü ildə Rusiya Federasiyası Çeçenistan Respublikasının Qrozniy şəhərində keçirilmiş “Yeni nəsil: sərhədsiz məsuliyyət” adlı forumların davamıdır.


 


You may also like...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir