ASGA Rusiya nümayəndəliyi jurnalistləri təbrik etdi
Azərbaycan Slavyan Gənclər Assosiasiyasının Rusiya nümayəndəliyi 22 iyul Milli Mətbuat günü münasibəti ilə Azərbaycan jurnalistlərini fərqli şəkildə təbrik edib. Belə ki, fəaliyyəti ilə seçilən jurnalistlərə xüsusi şəkildə təbrik ünvanlayaraq, onların gələcək fəaliyyətlərində xoş arzular diləyib və onlara stumul verməyə çalışıb.
ASGA Rusiya nümayəndəliyinin rəhbəri Toğrul Allahverdili VOİCEPRESS-ə açıqlamasında bu kiçik jestlə Azərbaycan Slavyan Gənclər Assosiasiyası kollektivi adından media sahəsində fəal iştirak edən jurnalistlərə bir növ öz məsuliyyətli və olduqca da, şərəfli peşələrində uğur lar diləyib.
Xatırladaq ki, ASGA tərəfindən fəaliyyəti qiymətləndirilən jurnalistlər sırasında VOİCEPRESS.AZ Beynəlxalq İnformasiya Bürosunun sədri Ülkər Musazadə, Palitra qəzetinin əməkdaşı, tanınmış jurnalist Fuad Hüseynzadə və digərləri də var.