Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası “Mənim ilk səsim” layihəsinə start verdi – Election.az

Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası (ASGA) İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Mənim ilk səsim” VİRTUAL TƏBLİĞAT MƏRKƏZİ (Election.az) layihəsinə start verdi.Bu barədə AzNews.az-a ASGA-nın sədri Səbuhi Abbasov məlumat verib.

Məlumata görə layihə 2 ay müddətində davam edəcək və Respublikanın bir çox bölgələrində həyata keçiriləcək: “Layihə ilk dəfə səs verən gənclər üçün virtual təbliğat mərkəzinin yaradılmasınından bəhs edir. Burada paytaxt gəncləri ilə yanaşı region gənclərinin iştirakı da nəzərdə tutulub. Məqsəd ilk dəfə səs verən gənclərin seçkidə fəallığının artırılmasına nail olmaqdan ibarətdir. Layihə konkret xarakter daşıdığından ilk dəfə səs verən gənclərə xitab edir. Lakin birbaşa faydalananlardan əlavə layihə çərçivəsində yaradılacaq və müntəzəm fəaliyyət göstərəcək “MƏNİM İLK SƏSİM” klubu və www.election.az saytı vasitəsilə şəbəkələşmə yolu ilə dolayısı ilə faydalanan gənclərin sayı daha çox olacaq. Eyni zamanda layihənin gedişi zamanı media və sosial şəbəkələrdə yayılacaq təbliğat materialları vasitəsilə daha çox gənc bu mövzuda bilgilənəcək”.

Bundan başqa S.Abbasov election.az saytının tərtibatına başlanıldığını və bu günlərdə təqdimatının olacağını dedi. O, həmçinin, layihədə fəal iştirak edəcək gənclərə sertifikatların veriləcəyini qeyd edib.

Digər

Müzakirə et