ASGA “GƏNCLƏRİN BEYNƏLXALQ TURİZM LAQERİ” adlı 10 illik layihənin ilk mərhələsini başa vurdu

Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası (ASGA) “XXI ƏSR” MMC-nin dəstəyi ilə adada “GƏNCLƏRİN BEYNƏLXALQ TURİZM LAQERİ” adlı 10 illik layihənin 2014-cü il üçün planını icra edib.

15 yanvar 2015-ci il tarixdə start verilən və 10 gün davam edən layihənin əsas məqsədi gənclərin turizm biliklərinin təkilləşdirilməsi olmuşdur.

Bu barədə saytımıza layihənin rəhbəri, ASGA sədri Səbuhi Abbasov məlumat verib: “Layihənin əsas məqsədi ölkəmizin turizm imkanlarını gənclər arasında yaymaqdan ibarətdir. Bu mənada biz  bugün 15 iyun 2014-cü il tarixdə, Milli Qurtuluş Günü ərəfəsində belə bir layihəyə start verdik. Layihə kommersiya məqsədi daşımır və sırf “XXI ƏSR” MMC-nin könüllü dəstəyi ilə reallaşıb. 15 yanar 2015-cü il tarixədək davam edən laqer çərçivəsində 15 gənc iştirak edib. Növbəti illərdə gənclərin sayının artıq olması istisna deyil”

Məlumat üçüb qeyd edək ki, “GƏNCLƏRİN BEYNƏLXALQ TURİZM LAQERİ” adlı layihə ASGA və “XXI ƏSR” MMC tərəfindən imzalanan 10 illik müqavilə əsasında həyata keçirilir.

7NEWS.az

Digər

Müzakirə et