Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası (ASGA) İctimai Birliyinin Gəncə Nümayəndəliyi təsis edilib

Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası (ASGA) İctimai Birliyinin Gəncə Nümayəndəliyi təsis edilib.Yeni yaradılan Nümayəndəliyin rəhbəri Teymur Əliyev yenigence.com saytına verdiyi xəbərdə deyilir ki, Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası ölkə sərhədləri daxilində kifayət qədər ciddi fəaliyyət göstərən təşkilatdır. Rusiyada və Ukraynada nümayəndəliklərin açılması, Avropa Şurası Gənclər departamenti ilə birgə layihələrin reallaşdırılması ilə bağlı memorandumun imzalanması Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının beynəlxalq əlaqələrdə qazandığı ciddi uğurlardan biridir. Şeyx Nizami yurdunda ASGA-nın nümayəndəliyinin açılması bizi çox sevindirdi. Ümid edirəm ki, ölkənin ictimai həyatında region gənclərinin fəallığının artmasına nümayəndəliyimizin müsbət təsiri olacaq.
Biz yaşadığımız ölkənin mədəniyyətini, dilini, tarixini öyrənməli, eyni zamanda öz mədəniyyətimizi, tariximizi Azərbaycan həqiqətlərini xaricdəkilərə çatdırmalıyıq.
Gəncə nümayəndəliyi artıq Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə mədəni-kütləvi tədbirlər həyata keçirib. İlk olaraq Azərbaycan Texnologiya Universitetinin rektoru Akif Süleymanov Gəncədə gənclərin hərtərəfli inkişafında göstərdiyi xidmətlərə görə Azərbaycan Slavyan Gənclər Assosiasiyasının Fəxri Diplomu ilə təltif edilib.
Qeyd edək ki, Azərbaycan -Slavyan Gəncləri Assosiasiyası 30 iyun 2006-cı ildən fəaliyyət göstərir. Təşkilatın məqsədi Azərbaycan və slavyan ölkələri gəncləri arasında dostluq və əməkdaşlıq əlaqələri yaratmaq və inkişaf etdirmək, gənclərin problemlərinin ümumi cəhətlərini araşdırmaq, bəşəri dəyərləri öyrənmək və s. sahələri əhatə edir. Bu illər ərzində bir çox yerli və beynəlxalq layihələrə imza atıb.

You may also like...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir