Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının POLŞA NÜMAYƏNDƏLİYİ də təsis edildi

Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası İctimai Birliyinin Polşa Nümayəndəliyi təsis edilib. Bu barədə saytımıza təşkilatın sədri Səbuhi Abbasov məlumat verib.

Abbasov onu da qeyd edib ki, 30 iyun 2006-cı ildə təsis edilən təşkilat bir çox layihələrə imza atıb: “ASGA 2006-cı ildə təsis edilib, elə həmin ildə Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçib. Təşkilatın məqsədi Azərbaycan və slavyan ölkələri gəncləri arasında dostluq və əməkdaşlıq əlaqələri yaratmaq və inkişaf etdirmək, Azərbaycan və slavyan ölkələri gənclərinin problemlərinin ümumi cəhətlərini araşdırmaq, bəşəri dəyərləri öyrənmək və s. sahələri əhatə edir. Bu illər ərzində bir çox yerli və beynəlxalq layihələr reallaşdırmışıq.

ASGA-nın ölkə sərhədləri daxilində kifayət qədər ciddi fəaliyyət göstərən təşkilat kimi tanındığını deyən S.Abbasov müvafiq Slavyan ölkələrində nümayəndəliklərinin açılmasının zəruri olduğunu qeyd edib: “Biz təşkilat olaraq əsas məqsəd və hədəfimizə çatmaq üçün filialların, nümayəndəliklərin açılmasını zəruri hesab edirik. Bu baxımdan bu il Rusiyada və Ukraynada nümayəndəliyin açılması və birgə layihələrin reallaşdırılması çox mühüm addım oldu. Bundan başqa Avropa Şurası Gənclər departamenti ilə birgə layihələrin reallaşdırılması ilə bağlı memorandumun imzalanması ASGA-nın beynəlxalq əlaqələrində qazandığı ciddi uğurlardan biridir”

Yeni təsis edilən Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının Polşa Nümayəndəliyi artıq fəaliyyətə başlayıb. Bu ASGA-nın Rusiya və Ukraynadan sonra 3-cü nümayəndəliyidir. Nümayəndəliyin rəhbəri Polşada öz səmərəli fəaliyyəti ilə tanınan Anar Məmmədovdur.

Məmmədov Anar Cavanşir oğlu 2003-cü ildən yeni Azərbaycan Partiyasının üzvüdür. Bakı Slavyan Universitetinin Polyak dili üzrə Tərcümə fakültəsinin məzunudur. Hal-hazırda Varşavada yaşayır.

You may also like...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir